"Bir çox valideyn övladından xəbərsizdir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev deyib.
Ekspert bildirib ki, əksəriyyət valideyn əlinə telefonu alıb bütün günü sosial plaformalarda yatır, bir qismi televiziyada yayımlanan bayağı, insan psixologiyasını məhv edən verilişlərə baxır.
"Hər iki tərəf də bahalı telefonları alaraq övladlarına verib, amma anlamırlar ki, bununla zapalı çəkilmiş qumbaranı övladlarına vermək demək olar ki, eyni şeydir. Övlada nəzarət yox, nəinki dərsi ilə, tərbiyəsi ilə də məşğul olmurlar. Amma danışmağa gələndə hücum obyekti tapılır: məktəb, təhsil, müəllim!", - deyə Elçin Əfəndiyev qeyd edib.
Mərcanə Əsədova