Logo

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb

19.02.2024 19:53 188 baxış
IMG

Fevralın 19-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb.

Tehsil.biz xəbər verir ki, mərkəzə qəbul olunan şagirdlər bacarıqları və maraqları nəzərə alınaraq qruplara bölünüb və burada IV-XI sinif şagirdləri üçün proqramlaşdırma, mühəndislik-elektronika, 3D printer və 3D model hazırlama, istehsal-CNC lazer yaradıcılıq, Vex Lego-Robototexnika, STEAM uşaq, dron texnologiyası üzrə təlimlər təşkil ediləcək. Şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər.

Mərkəzdə, həmçinin məktəblilər kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə, müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.

Xəbər lenti