Logo

Çin kağız sənətinə dair mühazirə baş tutub

19.02.2024 15:40 175 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin dekorativ, tətbiqi və xalq sənəti” adlı onlayn lektoriya çərçivəsində “Çin kağız sənəti” mövzusunda mühazirə ilə çıxış edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, R.Abbasov Çində kağız istehsalının yaranma tarixindən və texnologiyasından danışıb. Diqqətə çatdırıb ki, Çində kağızdan təkcə rəssamlıq və xəttatlıqda deyil, həm də xalq sənəti üçün material kimi istifadə edilir. Çində kağızdan naxışların kəsilməsi - zjanzhi sənəti ilə yanaşı, kağız sənətinin başqa bir növü olan yanzhi - spiral şəklində bükülmüş uzun, ensiz və çoxrəngli kağız zolaqlardan düz və ya üçölçülü kompozisiyalar yaratmaq texnikası da geniş yayılıb. Lotus və xrizantema, durna və maral, əjdaha və atəşfəşanlıq kimi əsərlər təkcə bəzək deyil, həm də Çin adət-ənənələrinə görə sərvət, xoşbəxtlik, sağlamlıq və biznesdə uğurun insanın həyatına cəlb edilməsinin simvoludur.

O, həmçinin yanzhi texnikası və elementlərinin kateqoriyaları, müxtəlif teksturalı, parlaq kağız növlərindən və xüsusi alətlərdən istifadənin xüsusiyyətlərindən bəhs edib.

Daha sonra Çin kağız sənəti ilə bağlı master-klas keçirilib.

Xəbər lenti