Logo

Olimpiadanın final turuna 218 şagird vəsiqə qazanıb

19.02.2024 13:22 208 baxış
IMG

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında filosof-alim Nəsirəddin Tusinin doğum günündə keçirilən Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turunun nəticələri elan olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, olimpiadada iştirak edən 957 şagirddən 218-i final turuna vəsiqə qazanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan olimpiadanın final turu martın 16-da keçiriləcək və qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.

Şagirdlər olimpiadanın rayon mərhələsinin nəticələri ilə https://bitly.ws/3dxJZ linki vasitəsilə tanış ola bilərlər.

Xəbər lenti