Logo

Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

19.02.2024 11:31 197 baxış
IMG

Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən olunması məqsədilə keçirdiyi seçim turlarının növbəti mərhələsini davam etdirir.

Tərcümə Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) aprelin 30-dək mərkəzin [email protected] ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu Şahin Mustafayev küçəsi, 27/121A; AZ1033 ünvanına təqdim edə bilərlər.

Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Turlarda iştirak ödənişlidir.

Əlavə məlumat almaq istəyənlər bu nömrəyə (+994 12) 566 80 27 (daxili nömrə: 123) zəng edə bilərlər.

Xəbər lenti