Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün "Daha kreativ ol" adlı seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.
“Whelp və Olpay” şirkətlərinin qurucusu və həmtəsisçisi Seymur Rəsulovun "Daha kreativ ol" adlı seminarında müasir dövrün ən vacib bacarıqlarından biri olan "Yaradıcılıq" bacarığının inkişaf etdirilməsi və digər bu kimi mövzularla bağlı dinləmələr olub, tələbələrin sualları cavablandırılıb.