Logo

Naxçıvanda xarici dil və dövlət qulluğuna qəbul imtahanlar keçirilib

18.02.2024 16:35 156 baxış
IMG

Naxçıvanda xarici dil üzrə fəlsəfə doktoru ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının 2-ci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.

Tehsil.biz xəbər verir ki, fevralın 18-də Dövlət İmtahan Mərkəzi xarici dil üzrə fəlsəfə doktoru və ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının 2-ci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirib.

İmtahanlar Naxçıvan şəhər 14 və 5 nömrəli tam orta məktəb binalarında təşkil edilib. Fəlsəfə doktoru imtahanında 7 doktorant (dissertant), sınaq imtahanında 135 abituriyent, dövlət qulluğuna qəbul imtahanında isə 299 namizəd iştirak edib. İmtahanların idarə olunmasına, ümumilikdə, 45 nəzarətçi, 7 imtahan rəhbəri cəlb edilib. İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb.

Xəbər lenti