Logo

ADU-da “Analyse basée sur une approche linguistique du corpus” adlı elmi seminar keçirilib - FOTO

17.02.2024 20:00 307 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə Roman dilləri ixtisası üzrə təhsil alan doktorant, dissertant və tədqiqatçı müəllimlər üçün “Analyse basée sur une approche linguistique du corpus” adlı elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminar Litvanın Vilnüs universitetinin Roman dilçiliyi departamentinin əməkdaşı PhD, dosent Vitaliya Kazlauskene və Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, PhD, ADU-nun professoru Ülfət İbrahim tərəfindən aparılıb. Müasir dilçilik üzrə tədqiqatlarda korpus dilçiliyin rolu barədə geniş məlumatlar təqdim olunub və müzakirələr keçirilib.

Seminar iştirakçılarına Orfeo, Dashboard, Sketchengine, AntConc və digər korpusların iş prinsipi təqdim olunub. Vilnüs universitetinin PhD, dosenti Vitaliya Kazlauskiene elmi seminarda iştirak edən doktorant, dissertant və ADU müəllimlərinin mövzu ilə bağlı suallarını cavablandıraraq fikir mübadiləsi aparıb.

Seminar iki universitet arası elm və tədris sahəsində mübadilə perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.

Xəbər lenti