Logo

BDU-nun professoru vəfat edib

15.02.2024 23:41 405 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Əziz Məmmədov vəfat edib.

Tehsil.biz xəbər verir ki, bu haqda BDU məlumat yayıb.

Qeyd edək ki, Əziz Məmmədov 1939-cu ildə anadan olub. O, 1965-ci ildən BDU-nun Fəlsəfə kafedrasında işləyib, 1995-ci ildən kafedranın professoru olub. Fizika, təbiətşünaslığın fəlsəfi problemləri, dialektika və idrak nəzəriyyəsi, idrak nəzəriyyəsi və metodologiya, sinergetika və məntiqşünaslıq üzrə görkəmli mütəxəssis olub. Ə. Məmmədov 43 irihəcmli monoqrafiya və dərsliyin, 400-dən artıq elmi məqalənin müəllifi idi.

Xəbər lenti