Logo

MEK-də “Akademik Arif Paşayev - 90” adlı sərgi keçirilir - FOTO

15.02.2024 21:49 448 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli alim, pedaqoq, ictimai xadim, Dövlət mükafatı laureatı, Milli Aviasiya Akademiyasının (MAA) rektoru, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin 90 illiyi münasibətilə “Akademik Arif Paşayev-90” adlı kitab sərgisi keçirilir.

MEK-dən "Tehsil.biz"ə bildiirlib ki, sərgidə görkəmli akademik Arif Paşayevin Azərbaycan və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, həmçinin alimin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında dəyərli ədəbiyyatlar nümayiş etdirilir.

Qeyd edək ki, iki həftə davam edəcək sərgi virtual formada da oxuculara təqdim olunur.

Xəbər lenti