Logo

Baş Prokurorluq vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edib

15.02.2024 19:27 152 baxış
IMG

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir.

Baş Prokurorluqdan "Tehsil.biz"ə verilən məlumata görə, müsahibədə iştirak etmək istəyən namizədlər 2024-cü il 14 mart saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiqləməlidir.

Müsahibəyə təqdim olunmuş vakant vəzifə barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/MsbElanlar məlumat əldə etmək mümkündür.

Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

Xəbər lenti