Logo

UNEC-də akademik etika ilə bağlı yeni qərar qəbul edilib

15.02.2024 12:13 392 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) akademik etikanın təmin edilməsi məqsədilə müzakirələr keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, müzakirələr zamanı bu universitetdə tətbiq edilən antiplagiat proqramının digər antiplagiat proqramları ilə səmərəlilik baxımından müqayisəsi aparılıb. Proqramların müsbət və mənfi tərəfləri təhlil olunduqdan sonra UNEC-dəki antiplagiat sisteminin təkmilləşdirilməsinə, dünyanın aparıcı universitetlərinin də üstünlük verdiyi proqramın tətbiqinə qərar verilib.

Həmçinin plagiat hallarının qarşısının alınması, akademik dürüstlük prinsiplərinə əməl olunması məqsədilə tələbələrin və doktorantların UNEC-in təsdiqlədiyi “Təhsilalanların Etik Davranış Kodeksi” barədə maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəbər lenti