Logo

BANM-in tələbəsi magistraturaya qəbulda rus bölməsi üzrə birincidir

15.02.2024 10:02 319 baxış
IMG

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında 88 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.

Tehsil.biz xəbər verir ki, Qəhrəman 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olub. Prezident təqaüdçüsü olub.

Erasmus+ mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb. Bu il SOCAR-ın Gənc İstedadlar Proqramına seçilib və hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.

Xəbər lenti