Logo

Azərbaycan Milli Kitabxanasının direktoru BDU-da ustad dərsi keçib

06.04.2021 18:57 179 baxış
IMG

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları, magistrant və tələbələri üçün Kitabxana-informasiya fəaliyyətinin menecmenti fənnindən “Azərbaycan Milli Kitabxanası müasir mərhələdə” mövzusunda onlayn ustad dərsi keçib.  


  Professor Kərim Tahirov öncə son dövrlər Bakı Dövlət Universitetində təşkil olunan ustad dərslərini yüksək qiymətləndirdiyini bildirib. O, Ulu Öndərimiz Heydər Əliyevin hər zaman kitabxana işinə böyük dəyər verdiyini diqqətə çatdıraraq, Ulu Öndərin "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir" - kəlamını bir daha xatırladıb. 


 Milli Kitabxananın həyata keçirdiyi bir sıra layihələr haqqında məlumat verən professor xüsusilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihənin həyata keçirilməsində məqsəd dünyanın müxtəlif arxiv və kitabxalarında saxlanılan irsimizi rəqəmsal formada ölkəmizə gətirməkdir. Artıq layihə çərçivəsində Nizami, Füzuli, Tusi və digər görkəmli şəxsiyyətlərimizə aid 53 əlyazmanın Milli Kitabxananın fonduna daxil olunduğu diqqətə çatdırılıb. Kitabxana əməkdaşlarının əksəriyyətinin məhz BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin məzunları olduğunu diqqətə çatdıran natiq gələcəkdə də kadrların yerləşdirliməsində fakültənin məzunlarının xüsusi rol oyanayacaqlarına əminliyini bildirib.


 Ustad dərsi auditoiya tərfindən böyük maraqla dinlənilib, professor Kərim Tahirov dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti