Logo

BDU-nun daha iki fakültəsinin əməkdaşları üçün tələbəyönlü tədrisin təşkilinə dair təlim keçirilib - FOTO

14.02.2024 16:31 318 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti fakültələrinin əməkdaşları üçün təlim təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. 

Təlimçi kimi rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxış edib. Fakültələrin akademik, inzibati və tədris köməkçi heyətinin iştirak etdiyi təlimdə tələbəyönlü və kompetensiya əsaslı tədrisin təşkilinə dair geniş məlumat verilib. 

Sonra suallar cavablandırılıb.

Qeyd edək ki, təlim silsilə olaraq digər fakültələrdə də keçiriləcək.

Xəbər lenti