Logo

Ali məktəblərin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş olub - FOTO

14.02.2024 11:17 374 baxış
IMG

Ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi görüşdə ictimaiyyət və media ilə işin təkmilləşdirilməsi, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaq, ali təhsil müəssisələri arasında kommunikasiyanın gücləndirilməsi və bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti