Logo

“Rəhbər vəzifəli şəxslər üçün liderlik və insan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilib

13.02.2024 20:32 144 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 12 - 13 fevral 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Rəhbər vəzifəli şəxslər üçün liderlik və insan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Təlim zamanı iştirakçılar proseslərin idarə edilməsi, iş bölgüsü, komanda quruculuğu və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.

Xəbər lenti