Logo

“İdarəetmədə kouçinqin bir metod və alət kimi tətbiqi” adlı təlim keçirilib

13.02.2024 00:08 123 baxış
IMG

Fevralın 12-də dövlət orqanlarının aparat və insan resurslarının idarə olunması üzrə struktur bölmə rəhbərləri üçün “İdarəetmədə kouçinqin bir metod və alət kimi tətbiqi” mövzusunda təlim təşkil edilib.

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən keçiriləcək iyirmi saatlıq təlim proqramı çərçivəsində iştirakçılara kouçinqin müxtəlif növləri, əyani alətləri və dövlət qulluğu çərçivəsində səmərəli tətbiqi yolları barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, praktiki çalışmalar, demo kouçinq seansları, rol oyunları, interaktiv müzakirələr vasitəsilə iştirakçıların müvafiq təcrübə qazanmalarına imkan yaradılacaq.

Yekun müzakirələr zamanı orqan nümayəndələri dövlət qulluğunda insan resurslarının inkişafı və səmərəli iş mühiti yaradılması baxımından sistemli kouçinq xidmətinin mümkün faydalarını vurğulamaqla yanaşı, bu mövzuda təlimlərin genişləndirilərək davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.

Təlim fevral ayının 16-dək davam edəcək.

Xəbər lenti