Logo

Bakıdakı bağçaların peyvənd olunan əməkdaşlarının sayı açıqlanıb

06.04.2021 16:17 563 baxış
IMG

“Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 348 məktəbəqədər təhsil müəssisəsi var. Son 9 il ərzində 169 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir, yenidənqurma və sökülərək yenidən tikinti işləri həyata keçirilib”. 

 

Tehsil.biz xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib.

 

Onun sözlərinə görə, 19 bağça sökülərək yenidən tikilib, 6 bağçanın həyətində yeni tədris korpusu inşa edilib, 7 yeni müəssisə yaradılıb: “Bu müəssisələrdə 2177 qrupda 41074 uşaq təlim-tərbiyə alır. Hazırda bu məktəbəqədər təhsil müəssisələrində ümumilikdə 11781 nəfər əməkdaş fəaliyyət göstərir ki, onlardan 4578 nəfəri vaksinasiya prosesindən keçib. Qısa müddət ərzində bütün işçilərin vaksinasiyası başa çatdırılacaq”.

Xəbər lenti