Logo

ADPU-nun Filologiya fakültəsinin təşkilatçılığı ilə Nizami ilinə həsr edilmiş tədbir keçirilib

06.04.2021 15:44 71 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə Nizami ilinə həsr edilmiş “Varsan, yoxdur sənin mislin dünyada, Özgə şey gətirməz aqillər yada.. Nizami Gəncəvi” adlı onlayn tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlimuradov əsas məruzəçilərdən biri kimi “Nizami Gəncəvinin poeziyasında dini-islami dəyərlər” mövzusunda çıxış etmişdir.


İ.Əlimuradov öz məruzəsində dinin insan həyatındakı əhəmiyyətli rolundan, ölkə ərazisində tarix boyu müxtəlif dinlərə etiqad edilməsindən, VII əsrdə meydana çıxan və qısa vaxt ərzində ölkəmizdə geniş yayılan İslam dinindən və bu sonuncu səmavi dinin həyatın müxtəlif sahələrinə, o cümlədən ədəbiyyata təsirindən və nəhayət, Nizami Gəncəvinin poeziyasında dini-islami dəyərlərin təzahüründən ətraflı şəkildə bəhs edib və tədbirin sonunda universitetin tələbələrinin suallarını cavablandırıb.

Xəbər lenti