Logo

Qarabağın Xilaskarı - Zəfər seçimimizin Qalibidir!

09.02.2024 11:33 190 baxış
IMG

XXI əsrin 2024-cü il 7 fevral Zəfər seçkisinin Qalibi, Fateh Prezidentimiz, Seçimimiz mübarək!

- Suveren Azərbaycan dövlətinin məğrur Xalqı Zəfər seçimində İlham Əliyevə - bu günümüzə, sabahımıza, gələcəyimizə səs verdi!

- Xalq XX əsrin sonu xaos və parçalanmadan Azərbaycanı xilas edən Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi İlham Heydər oğluna - Qarabağın Xilaskarına səs verdi, səsimiz düşərli!

- Odlar Yurdunun bərabərhüquqlu vətəndaşları kreativ, modern, praqmatik, intellektual zəkalı diplomat+alim+Ali Baş Komandan+Dövlət Başçısı Liderə - Sizə səs verdi, səsimiz uğurlu!

-Xalq siyasi iradəyə, mətin cəsarətə, Zəfərdən Qələbəyə gedən yolun Yekunu Zəfər+Uğur seçkisində dövlət+xalq birliyinin mütəşəkkiliyini, vahidliyini təsdiqlədi, xeyirli olsun!

- Azərbaycan insanı yeni dövrün yeni milli ideyalı platformasına, çoxvektorlu gələcək tərəqqinin inkişaf drektivinə, ölkənin sosiosiyasi mədəni iqtisadi yüksəlişinə, Qarabağın Dirçəlişinə səs verdi, mübarək olsun!

- Qalib Xalq geosiyasi, beynəlxalq fəaliyyətə, strateji milli təhlükəsizliyin qarantına, ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanına səs verdi – səsimiz təbrik!

- Azərbaycan vətənsevərləri ölkənin yenilənərək “Elektron, innovativ, ağıllı Dövlətə” çevrilməsinə, azərbaycançılıq milli qayəsinə, Torpaq təəssübkeşinə, doğma Vətənə bağlılığa, etibara, inama səs verdi – etimadımız uğurlu!

- Qədirbilən Xalq Xocalı qatillərinin əlini qandallayan, kriminal rejimin ünsürləri – Qarabağın cəlladlarından qisas alan,əbədi sülh, həmrəylik çağırışlı Fatehə səs verdi!

- Azərbaycan xalqı uzun müddətli Strateji Yol Xəritəsinə söykənən dayanıqlı və davamlı inkişafa, dünyanın hesablaşdığı Cənubi Qafqazda Lider dövlətin qurucu və islahatçı Rəhbərinə səs verdi!

- Səsimiz bayram oldu, Zəfər seçkili Bayramımız Mübarək!

- Son iki əsrdə bütövləşən sərhədləri reallaşdıran, Yenidən qurulan Azərbaycanın ən yeni Tarixinə, Şuşa, Xankəndi, Xocalı, Ağdam, Fizuli, Cəbrayıl və s. torpaqlarımıza Üçrəngli Bayrağımızı sancan Rəhbərə səs verdik – Səsimiz, Birliyimiz Var olsun!

Fikrimi Birinci vitse-prezident Xanım Mehriban Əliyevanın söylədiyi kəlamla bitirirəm: “Tanrı Azərbaycanı qorusun”!

Və Uca Yaradan Sizləri qorusun!

Prezident İlham Əliyev vahid seçimimiz, səsimizdir, nida!

Rəna Mirzəzadə,

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor

Xəbər lenti