Logo

Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının baş direktor seçilib

06.04.2021 13:58 63 baxış
IMG

AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru seçilib.

 

AMEA-dan verilən məlumata görə,  Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığın­ca­ğının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  (ŞAR) baş direktoru vəzifəsinə seçkilər keçirilib.

 

Öncə FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Namiq Cəlilovun namizədliyi irəli sürülüb.

 

Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik plazma fizikası sahəsində tanınmış alimdir və Rusiya, Kanada və İspaniya alimləri ilə birlikdə neytrin fizikası sahə­sində mühüm işlərin, həmçinin 140 elmi əsərin (xaricdə 120), beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 95-dən çox əsərin müəllifidir. Namiq Cəlilov 2015-ci ildən AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktorudur. Alim “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” və Rusiya Elmlər Akademiyasının “İZMİRAN-75 ” yubiley medalları ilə təltif olunub.

 

Onlayn iclasda akademik AMEA-nın müxbir üzvü Namiq Cəlilovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri  tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

 

On­layn iclasda keçirilən açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Na­miq Cəlilov AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Xəbər lenti