Logo

Ceyhun Məmmədov: “Ali təhsil haqqında” qanun layihəsi üzərində iş gedir"

06.04.2021 13:34 289 baxış
IMG

“Ali təhsil haqqında” qanun layihəsi üzərində iş gedir. Hazırda İşçi qrup bu məsələ ilə məşğuldur”.

 

Tehsil.biz-in məlumatına görə, bunu  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

 

Deputat qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmamasına da aydınlıq gətirib:

 

“Yeni reallıqlar və günümüzün çağırışları bu sahədə işlərin daha dərin aparılmasını tələb edir. İşçi qrupunu tərkibi zəngindir. Həm Təhsil Nazirliyinin, həm digər müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələri İşçi qrupda təmsil olunur. Qanun layihəsi ilə bağlı yeni-yeni təkliflər hazırlanır. Təbii ki, hər bir təklif nəzərdən keçirilir”.

 

Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağı barədə hər hansı informasiyanın söylənilməsinin tez olduğunu da əlavə edib.

 

Qeyd edək ki, adıçəkilən qanun layihəsi 2020-ci ilin payız sessiyasında parlamentin gündəliyinə daxil edilib və İşçi qrup yaradılıb. Hələ ki İşçi qrup qanun layihəsini parlamentin Elm və təhsil komitəsinə təqdim etməyib.

Xəbər lenti