Logo

DGKA tələbələri “Əqli mülkiyyət hüquqlarının müdafiəsi” mövzusunda keçirilən seminarlarda iştirak ediblər - FOTO

07.02.2024 13:16 366 baxış
IMG

Azərbaycanda Amerika Ticarət Palatasının və ABŞ Ticarət Departamenti yanında Ticarət Hüququnun İnkişafı Proqramının (CLDP) birgə təşkilatçılığı ilə “Hyatt Regency” otelində “Əqli mülkiyyət hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq ekspertlər tərəfindən seminarlar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov və Akademiyanın tələbələri iştirak ediblər.

Seminarların məqsədi əqli mülkiyyət hüququ sahəsində beynəlxalq praktika ilə tanış olmaq, bu istiqamətdə fəaliyyətlə bağlı aktual məsələləri müzakirə etmək, dövlət-biznes əməkdaşlığını təşviq etmək və ümumiyyətlə ölkəmizdə bu sahəyə marağı artırmaqdır. 

Tədbirdə əqli mülkiyyət hüquqları ilə bağlı müasir problemlər müzakirə olunub, real kazuslar əsasında problemlərə həll yolu təklif olunub. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti