Logo

İqlim dəyişikliyi səbəbindən güclü qasırğalar gözlənilir

07.02.2024 11:07 138 baxış
IMG

Yer üzündəki iqlim dəyişikliyi səbəbindən çox güclü qasırğaların olacağı gözlənilir.

Tehsil.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, bu cür fəlakətləri təsnif etmək üçün yeni kateqoriyaya ehtiyac yaranıb. Bu nəticəyə Lourens Berkli Milli Laboratoriyasının amerikalı klimatoloqları gəliblər.

Mövcud Saffir-Simpson qasırğa şkalasına 1-dən (33-42 m/s) 5-ə (70 m/s-dən çox) qədər beş kateqoriya daxildir.

Artıq Laurensa Laboratoriyasının alimləri, Saffir-Simpson şkalası üzrə hipotetik 6-cı kateqoriya (85m/s) təqdim ediblər.

“Məqsədimiz riskin böyüklüyünü və qlobal istiləşmə şəraitində qasırğaların getdikcə daha çox problemə çevriləcəyini diqqətə çəkməkdir”, - deyə elmi işin müəlliflərindən biri Maykl Vehner bildirib.

Xəbər lenti