Logo

UFAZ-da “Demo Day” keçirilib - FOTO

06.02.2024 23:39 396 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan bildirilib.

Tədbirdə IGNITE inkubasiya proqramını uğurla bitirən 6 startap komandası (“BronKing”, “Bron.”, “Connectify”, “KingJob”, “Bonjur” və “Eathanos”) innovativ ideyalarını və ilkin məhsullarını potensial investorlara və partnyorlara təqdim ediblər.

Birinci yerə “Bron.”, ikinci yerə isə “Eathanos” startapı çıxıb. Hər iki startap 5000 manat məbləğində ilkin toxum investisiya əldə edib.

Xəbər lenti