Logo

Müəllimlərə virus uşaqlardan keçir

06.04.2021 13:04 1421 baxış
IMG

Çünki heç kim şagirdlərdən şübhələnmir, onların da ən cox təmasda olduqları müəllimlərdir

 

Epidemioloji vəziyyətin gərgin olması ilə əlaqədar olaraq aprelin 5-dən Bakı və Azərbaycanın bir sıra böyük şəhərlərində məktəblər distant təhsilə keçib. Məktəblərdə əyani tədrisin nə zaman bəpra olunacağı bildirilmir.

 

Təhsil naziri Emin Əmrullayev bu barədə danışarkən bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var:

 

“Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur".

 

Onun sözlərinə görə, təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bunun da 80 faizi Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronun payına düşür. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması deməkdir.

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla niyə daha çox müəllimlərin koronovirusa yoluxması barədə "Şərq"ə danışıb:

 

"Uşaqlarda bu infeksiya subklinik formada keçdiyinə görə, onlar ətrafdakılar üçün çox yoluxuculuq qabiliyyətinə malikdirlər. Çünki onlarda bu bilinmir, heç kim uşaqlardan şübhələnmir. Orta məktəblərdə də müəllimlərin ən çox təmasda olduğu şəxslər şagirdlərdir. Ona görə də müəllimlərin xəstələnmə riski olduqca yüksəkdir. Həmçinin həkimlərin və asayiş işçilərinin də virusa yoluxma təhlükəsi çox böyükdür. Onlar risk qrupuna daxil olduqları üçün vaksinasiyada bu şəxsləri nəzərə almaq lazımdır".

 

Həkim ev heyvanlarının da vaksinasiya olunma məsələsinə toxunub:

 

"Azərbaycanda heyvanların vaksinasiya olunması hələlik nəzərdə tutulmayıb. İlk növbədə insanlardır. Daha sonra digər məsələlərə də baxılacaq ".

Xəbər lenti