Logo

UNEC-in gənc müəllimi Facebook və Google akkreditasiyasında uğur qazanıb

06.04.2021 13:02 404 baxış
IMG

UNEC-in Karyera Mərkəzinin direktoru, gənc müəllim Ramil Cabbarov dünyanın 3 böyük texnologiya və innovasiya şirkətinin sertifikasiyasını uğurla tamamlayaraq, bu istiqamətdə akkreditasiya olunmuş mütəxəssis statusunu qazanıb.

 

R.Cabbarov Facebook tərəfindən rəsmi “PearsonVUE” vendorluğu ilə keçirilən "Facebook Certified Digital Marketing Associate" ekspert imtahanını uğurla tamamlayaraq, “Facebook”un sertifikasiyalı rəqəmsal marketinq mütəxəssisi olub.

 

O, eyni zamanda Google platformasına aid 6 reklam yayımı istiqaməti üzrə imtahanların hər birindən müvəffəqiyyətlə keçərək, “Google reklamları üzrə sertifikasiyalı professional” (Google Ads Certified Professional) statusuna sahib olub.

 

R.Cabbarov təlim-tədris fəaliyyətində innovasiyasının tətbiqinə dair 2 texnologiya və innovasiya nəhənginin də akkreditasiyasına nail olub. Google şirkətinin rəsmi təhsilverən imtahanını uğurlu keçən R.Cabbarov “Google sertifikasiyalı Birinci dərəcəli müəllim” (Google Certified Educator: Level 1), eləcə də Microsoft şirkətinin “Sertifikasiyalı innovativ müəllim” (Certified Microsoft Innovative Educator) dərəcəsini qazanıb.

 

R.Cabbarova akkreditasiya olunduğuna dair təsdiq nişanlardan istifadə hüququ da verilib.

Xəbər lenti