Logo

AzMİU tələbələri Ali Məhkəmədə olublar - FOTO

05.02.2024 20:29 362 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri növbəti “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar.

Tehsil.biz xəbər verir ki, tələbələr Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi İlqar Dadaşov tələbələrə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə danışıb.

Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr xoş təəssüratlarını bölüşüb.

Xəbər lenti