Logo

Alimlər Antarktidada tapılan piramidanın mənşəyini izah ediblər

05.02.2024 12:34 190 baxış
IMG

ABŞ-nin Kaliforniya Universitetindən olan geoloqlar Antarktida dağlarında piramidaların mövcudluğunu təkzib ediblər. Onların sözlərinə görə, bu, piramidaşəkilli dağlardır.

Tehsil.biz xəbər verir ki, bu barədə “LiveScience” xəbər portalı məlumat yayıb.

Bundan əvvəl peyk şəkillərinin Antarktidada Ellsuort dağ massivində yerləşən naməlum mənşəli piramidaşəkilli fiqurlar aşkarlaması barədə mediada xəbərlər yayılmışdı. Alimlərin sözlərinə görə, bu, 1935-ci ildə kəşf olunan dağdır və dağ massivinin zirvələrindən biri hesab olunur. Dağın qeyri-adi forması eroziya nəticəsində əmələ gəlib: buzlaq əriyən zaman su dağın çatlarının arasına dolur, donaraq buza çevrilir və dağda olan çatları genişləndirir. Proses milyon illər ərzində dəfələrlə təkrarlanır, qayalar tədricən piramida şəklini alır.

“Bu, adi dağdır. Yer kürəsində dağların əksəriyyəti piramidanı xatırladır, lakin bir qayda olaraq onların iki və ya üç tərəfi olur. İndi olduğu kimi dörd tərəfə nadir hallarda rast gəlinir, lakin bu, qeyri-adi hal deyil”, - deyə alimlər qeyd ediblər.

Xəbər lenti