Logo

İnzibati icraçı vəzifələr üzrə imtahan vermək üçün qeydiyyat davam edir

03.02.2024 15:50 172 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə fevralın 18-də Bakıda və Naxçıvanda keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Tehsil.biz xəbər verir ki, bu gün saat 14:40-a kimi imtahanda iştirak etmək üçün Bakı üzrə 1439, Naxçıvan üzrə 180 nəfər qeydiyyatdan keçib. Qeydiyyat fevralın 6-sı saat 11:00-dək aparılacaq. Bakıda namizədlər üçün 3000, Naxçıvanda isə 500 yer ayrılıb.

Qeyd edək ki, əlavə məlumat (imtahan binası) imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Xəbər lenti