Logo

Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunan konfransa məqalə qəbul edilir

03.02.2024 13:19 150 baxış
IMG

“Mirzə Şəfi Vazeh və Azərbaycan ədəbiyyatı Şərq-Qərb əlaqələri kontekstində” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu aparılır.

Bu barədə "Tehsil.biz"ə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən məlumat verilib.

Bildirilib ki, konfransda iştirak etmək istəyənlər məqalələrini mayın 15-dək [email protected] ünvanına göndərə bilərlər.

Konfrans “Mirzə Şəfi irsi Azərbaycan və Qərb ədəbi əlaqələri kontekstində”, “Mirzə Şəfi şeirləri musiqidə və poeziya-musiqi əlaqələri problemi”, “Mirzə Şəfi Azərbaycan boyakarlığında və klassik irsin incəsənətdə əksi problemləri”, “Mirzə Şəfinin ədəbi mirası və mətnşünaslıqda atribusiya məsələləri” və “Mirzə Şəfi irsinin poetikası və ədəbi məclislər ənənəsi” bölmələrini əhatə edir.

Xatırladaq ki, bu ilin iyun ayında Milli Azərbaycan Ədəbiyyatı Muzeyində şair və mütəfəkkir, pedaqoq və xəttat Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyinə həsr edilmiş respublika elmi konfransı keçiriləcək. Konfrans haqqında əlavə məlumat və məqalələrin tərtib olunması qaydaları ilə Ədəbiyyat Muzeyinin saytında tanış olmaq mümkündür.

Xəbər lenti