Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ali təhsil müəssisəsində sanitariyadan uzaq sanitar qovşağı ilə bağlı açıqlama verib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, hal-hazırda sözügedən sanitar qovşaq təmir üçün istifadəyə bağlanıb:
"Təsərrüfat Şöbəsinə şikayət o vaxtdan bildirilib, məşğul olurlar. Universitetin binalarında sanitar qovşaqların sayı çoxdur. Hər binada alternativ sanitar qovşaqlar var və istifadə olunur".
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sanitar qovşağının anti-sanitar vəziyyətdə olduğunu əks etdirən görüntülər yayılıb.