Logo

Türkiyənin ilk astronavtının Yer kürəsinə qaytarılması təxirə salınıb

03.02.2024 11:16 320 baxış
IMG

Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yer kürəsinə qaytarılması təxirə salınıb.

Tehsil.biz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Alper Gezeravcının da yer aldığı Dragon Kosmik gəmisinin Yer kürəsinə qaytarılması Florida sahilindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-nə təxirə salınıb.

Xatırladaq ki, yanvarın 19-dan 20-nə keçən gecə Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-a göndərilib.

Xəbər lenti