Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinalında iştirak edən şagirdlər üçün informatika fənni üzrə sınaq imtahanı keçiriləcək.
Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, sınaq turu fevralın 4-ü saat 10:00-dan fevralın 5-i saat 21:00-a qədər davam edəcək.
Login və parollar şagirdlərin rayon (şəhər) mərhələsində istifadə etdikləri istifadəçi adı və şifrələrlə eynidir. Sınaq imtahanı yalnız yarımfinal turda iştirak hüququ qazanan məktəblilər üçün nəzərdə tutulub. İştirakçılar login şifrələrini portal.edu.az saytına daxil olmaqla olimpiada və müsabiqələr bölməsindən əldə edə bilərlər.
Sınaq rejimində olan yarışın nəticələri heç bir halda əsas yarışa təsir etmir və şagirdlərə əlavə təcrübə qazanmasına kömək göstərmək məqsədi daşıyır.