Logo

BMU-nun ictimai və sosial həyatında fərqlənən tələbələr mükafatlandırılıb - FOTO

02.02.2024 16:00 354 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2 fevral - Gənclər Günü münasibətilə ali təhsil müəssisəsinin ictimai və sosial həyatındakı səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tələbə ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin gənclərə hər zaman böyük diqqət və yüksək etimad göstərdiyini, bu istiqamətdə atılan digər addımları nəzərə çatdıran rektor ölkə başçısının ötən gün imzaladığı “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafatlandırılanlar sırasında BMU məzunlarının yer almasını da xüsusi vurğulayıb.

Çıxışında növbədənkənar prezident seçkilərinə sayılı günlərin qaldığını söyləyən rektor suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün ərazilərdə seçki məntəqələrinin fəaliyyət göstərəcəyini və bunun xüsusən yeni səs verəcək tələbələrin yaddaşında böyük tarixi hadisəyə çevriləcəyini bildirib, tələbələrə seçkilərdə aktiv olmağı tövsiyə edib.

Sonra tələbələrin ümumi fikirləri, qayğıları, o cümlədən başa çatan qış imtahan sessiyasının nəticələri ilə yaxından maraqlanan rektor onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir universitetin ictimai və sosial həyatında fəallığı ilə seçilən BMU tələbələrinə fəxri fərmanların təqdim olunması ilə yekunlaşıb.

Xəbər lenti