Elm və Təhsil Nazirliyi "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi metodikasının təkmilləşdirilməsi ilə bağlı pilot layihəyə start verib.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, layihənin məqsədi şagirdlərdə riyaziyyat fənni üzrə biliklərin artırılmasıdır.
Hazırda layihədə Bakı və Abşeron üzrə 1-ci siniflərdə tədris aparan 310 müəllim iştirak edir.