Logo

Britaniyada məktəbli IQ testindən 162 mümkün baldan 160 bal toplayıb

01.02.2024 10:12 175 baxış
IMG

Britaniyada məktəbli Sayrus Lyun “Mensa” IQ testindən 162 mümkün baldan 160 bal toplayıb.

Tehsil.biz bu barədə Daily Mail-ə istinadən xəbər verir.

Nəticələrə əsasən, oğlan planetin ən ağıllı insanlarının klubu kimi tanınan “Mensa” təşkilatına qəbul edilib. Bu təşkilata ancaq IQ səviyyəsi dünya əhalisinin 98 %-dən yüksək olanlar qoşula bilər.

Lyunun nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn və astrofizik Stiven Hokinq kimi dahi alimlərlə eyni səviyyəli intellektə malik olduğu hesab olunur.

Məlumdur ki, Lyun fortepianoda ifa edir və gələcəkdə riyaziyyatçı olmaq istəyir. Məktəbli özü belə yüksək bal toplayacağını düşünməyib.

Xəbər lenti