Logo

Tarix Muzeyində interaktiv dərs keçirilib - FOTO

31.01.2024 21:20 367 baxış

Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərs keçirilib.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Hacı Zeynalabdin Tağıyevin ev-muzeyində keçirilən interaktiv dərsdə 8 nömrəli internat məktəbinin şagirdləri iştirak ediblər. Şagirdlər əvvəlcə Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə ekskursiya ediblər. Sonra onlar üçün intellektual oyun təşkil olunub.

Sonda şagirdlərə hədiyyələr təqdim edilib.

Xəbər lenti