Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.
Tehsil.biz xəbər verir ki, bu barədə Mübariz İbrahimov adına lisey məlumat yayıb.
“Dərin hüzn və kədər hissi ilə bildiririk ki, şagirdimiz Nuray Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik”, - məlumatda bildirilib.