Logo

Oğuzda yeni inşa edilmiş uşaq bağçasının binası istifadəyə verilib - FOTO

30.01.2024 10:48 176 baxış
IMG

Yanvarın 29-da Oğuz şəhərində yeni inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının binası uşaqların istifadəsinə verilib.

Bu barədə "Tehsil.biz"ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, binada yararsız vəziyyətdə olan Oğuz şəhər 3 nömrəli körpələr evi–uşaq bağçası fəaliyyətə başlayıb.

Qeyd edək ki, hazırda Oğuz rayonunda 935 uşağı əhatə edən 18 bağça fəaliyyət göstərir.

Xəbər lenti