Logo

“Sabahın alimləri” müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən olunub

29.01.2024 17:31 405 baxış
IMG

“Sabahın alimləri” XIII respublika müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi-tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, müsabiqə çərçivəsində Bakı şəhərində keçiriləcək sərgiyə qəbul olunan layihələr artıq seçilib.

Qeyd edilib ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin – sərginin yeri və tarixi haqqında yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Seçilən layihələrin siyahısı ilə institutun saytından tanış olmaq mümkündür.

Xəbər lenti