Logo

Maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir

29.01.2024 09:34 170 baxış
IMG

Yaxın gələcəkdə maqnit qasırğasının kəskin yüksələcəyi gözlənilir.

Tehsil.biz xərici KİV-ə istinadən xəbər verir ki qasırğa yenidən başlayacaq və üç gün davam edəcək.

Məlumata görə, maqnit qasırğası bu gün səhər saat 8-ə (Bakı vaxtı ilə - red.) müşahidə edilib, sonra onun gücü 3 bala qədər enib və sonra yeni bir sıçrayış baş verib.

Qeyd edək ki, yanvarın 25-də 4 bal gücündə maqnit qasırğası baş vermişdi.

Əvvəlcə ekspertlər yanvarda belə güclü maqnit qasırğalarının olmayacağını güman edirdilər. İndi alimlər hesab edirlər ki, bu kumulyativ (yığılmış) təsir ola bilər.

Xatırladaq ki, müşahidə edilən yüksəlmə və enmə prosesi xeyli sayda insana təsir edərək, onların özünü pis hiss etməsinə, baş ağrılarına və digər xoşagəlməz simptomlara səbəb ola bilər.

Xəbər lenti