Logo

Tətil günlərində müəllimlər məktəbə getməlidirmi? - AÇIQLAMA + FOTO

27.01.2024 10:39 578 baxış
IMG

Xəbər verdiyimiz kimi, bu gündən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb.

Tehsil.biz xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir, ikinci yarımilin ilk dərs günü isə 1 fevralda olacaq.

Bəs tətil günlərində müəllimlər məktəbə getməlidirmi?

Sualımıza təhsil üzrə ekspert Kamran Əsədovla cavab tapmağa çalışdıq.

Ekspert saytımıza açıqlamasında bildirib ki, müddətsiz müqavilə ilə işləyən bütün müəllimlər, sinif rəhbərləri, UBR, psixoloq, kitabxana müdiri, laborantlar 29, 30, 31 yanvar tarixlərində işdə olmalıdır:

"Müəllimlər üçün tətil anlayışı yoxdur. Müəllim və işçilər üçün iş günü olmayan günlər əmək məzuniyyəti dövrü, istirahət günləri, iş günü sayılmayan bayram günləri, Ümumxalq hüzn günü və seçki günləridir".

Kamran Əsədov (təhsil eksperti)

Kamran Əsədov qeyd edib ki, tətil günlərində müəllimlərin iş saatının uçotu aparılır:

"6 günlük iş rejimi ilə işləyən müəllimlər tətil günlərində 6 saat, 5 günlük iş rejimi ilə işləyən müəllimlər gündə 7 saat məktəbdə iş yerində olmalıdırlar".

Kənan Nağıbəyli

Xəbər lenti