Logo

Astara Pedaqoji Kollecində qış imtahan sessiyası davam edir

27.01.2024 00:01 192 baxış
IMG

Astara Pedaqoji Kollecində 2023/2024-cü tədris ilinin payız semestrinin  imtahan sessiyası davam edir.

Tehsil.biz xəbər verir ki, kollecin direktoru professor Kamran Kazımov imtahanların gedişini izləmək üçün imtahan otaqlarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib, onların problem və qayğıları ilə maraqlanıb. Professor kollecin müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum istifadə etməyə çağırıb.

Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə kollecin direktoru K.Kazımovun  sədrlik etdiyi Operativ Qərargah yaradılıb.

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apelyasiya komissiyaları imtahanların başladığı ilk  gündən fəaliyyətdədir.

Qeyd edək ki, Astara Pedaqoji Kollecində imtahan sessiyasına 7 yanvar tarixindən start verilib və fevralın 1-nə qədər davam edəcək.

Xatırladaq ki, kollecdə 20 ixtisas üzrə 1100-dən çox tələbə təhsil alır.

Xəbər lenti