Logo

Azərbaycan Texniki Universiteti ilə “Pera Plastik RAM BNT LTD” əməkdaşlığa başladı 

05.04.2021 17:03 70 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Pera Plastik RAM BNT LTD” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 


Müqaviləni rektor Vilayət Vəliyev və şirkətin direktoru Şərəf Hizarcı imzalayıb. Müqaviləyə əsasən, Maşınqayırma və robototexnika fakültəsində təhsil alan bakalavr və magistrlərin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, məzunların isə işlə təmin edilməsi nəzərdə tutulub. Qarşılıqlı elmi-nəzəri və ustad dərslərinin keçirilməsi, şirkətin əməkdaşları üçün AzTU-da ixtisasartırma kurslarının təşkili də planlaşdırılıb.


Bundan başqa, rezin və plastik məmulatlar istehsalı, toxuculuq sənayesi müəssisələrində onlayn idarəetmə və satış sisteminin elmi-praktik əsaslarının hazırlanması, həmçinin bu istiqamətdə maarifləndirmə tədbirlərinin təşkili də qərara alınıb.

Xəbər lenti