Logo

BDU-da “Azərbaycanın ictimai həyatında gənclərin rolu” mövzusunda tədbir

05.04.2021 16:59 379 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya və Tarix fakültələrinin birgə təşkilatçılığı ilə “Azərbaycanın ictimai həyatında gənclərin rolu”  mövzusunda onlayn  tədbir keçirilib. Microsoft Teams platforması üzərindən təşkil olunan tədbirdə  BDU-nun Filologiya və Tarix fakültələrinin professor-müəllim heyəti və tələbələri, qonaqlar iştirak ediblər.  


Tədbiri giriş sözü ilə açan BDU-nun Tarix fakültəsinin dekan  müavini Bəxtiyar Nəbiyev qonaqları salamlayaraq  Azərbaycanda gəncliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan söz açıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçildiyini bildirib.
YAP Veteranlar Şurasının üzvü İsgəndər Quliyev çıxış edərək 90-cı illərin əvvələrində Azərbaycan öz müstəqilliyini əldə etsə də, həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün strukturlarında boşluq yaşandığını xatırladıb. Bundan istifadə edən erməni silahlı qüvvələri hücüm edərək ölkəmizin ərazisinin 20%-ə qədərini işğal etdiyinə diqqət çəkib. Həmin dövrdə Naxçıvan MR-nın Ali Məclisinin sədri kimi fəaliyyət gösətərən müdrik rəhbər Heydər Əliyevin xalqın israrlı təkidi ilə hakimiyyətə qayıtmasından sonra dövlətimizi parçalanmaqdan, beynəlxalq aləmdən təcrid olunmasından xilas etdiyini  vurğulayıb. Bu gün isə qalib ölkənin vətəndaşı kimi 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında iştirak edən müzəffər ordumuzun qazandığı qələbələrdən danışıb və Ali Baş Komandanın əzmli siyasi və hərbi fəaliyyətindən söz açıb.


Tədbirdə Milli Məclisin üzvü Elnur Allahverdiyev, BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Filologiya fakültəsinin tələbəsi Rəhiməxanım Əlipənahova çıxışlarında dövlət gənclər siyasətinin məqsəd və vəzifələrindən, Ulu Öndər Heydər Əliyevin gənclərin inkişafı üçün xidmətlərindən, onun şəxsiyyətinin gənclər üçün örnək olmasından, cənab Prezident İlham Əliyevin bu sahədə gördüyü işlərdən, dövlət idarəçiliyində gənclərin rolunun artırılmasından, könüllülük fəaliyyətindən, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqlardan  bəhs ediblər.

Xəbər lenti