6 nömrəli məktəbin direktoru Gülşən Orucova ona verilən cəza ilə bağlı danışıb.
"Tehsil.biz"in Baku TV-yə istinadən məlumatına görə, direktor qeyd edib ki, şagirdlər dərsə gələn zaman onların mobil telefonları sinif rəhbəri tərəfindən yığılır və dərsin sonunda geri qaytarılır:
“Sözügedən hadisə dərsdən sonra baş verib”.
G.Orucova II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilməsi xəbərini də doğrulayıb.
Ətraflı süjetdə: