Logo

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilir - FOTO

24.01.2024 10:16 172 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, test imtahan mərhələsində uğur qazanan (35 və daha çox bal toplayan) və 2023-cü il dekabrın 12-dək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək. Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apellyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.

Xəbər lenti