Logo

Lənkəranda 6-cı sinif şagirdi qəza qurbanı olub

23.01.2024 21:13 191 baxış
IMG

Lənkəranda yol-nəqliyyat hadisəsi məktəblinin ölümü ilə nəticələnib.

Tehsil.biz xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, rayonun Talışlı kəndi ərazisində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü Murad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Qeyd edək ki, M.Əliyev Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olub.

Xəbər lenti